ain.az, News24 portalına istinadən məlumat yayır.
"Dövlət vətəndaşların yaşayış səviyyəsini yaxşılaşdırmaqdan ötrü lazımi olan bütün addımları atır. Eyni zamanda ipoteka fondu vətəndaşlar üçün sərbəst seçim imkanı, kirayə yolu ilə mənzillərin satışı proqramı, "MİDA" yaşayış kompleksinin layihələri vətəndaşlara ev almaqda geniş imkanlar yaradır".
Bu sözləri News24.az - a açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Onun sözlərinə görə, son illərdə daşınmaz əmlakın bahalaşması ipotekaya olan tələbatı artırıb: " Vətəndaşlar həm dövlət xətti ilə, həm də özəl bankların xətti aparılan imkanlardan yararlanırlar. Daşınmaz əmlakın bahalaşması isə bir çox şəxsin bu kimi imkanlardan yararlana bilməməsinə gətirib çıxarır. İpotekaya müraciət sayının çox olması, digər tərəfdən ehtiyacı olan şəxslər üçün əlçatmaz edir. Əvvəllər 50 000 manatla şəhərin kənarında ipotekaya ev götürmək mümkün olurdusa, indiki halda bu məbləğlə heç bir addım atmaq olmur".
Ekspert orta hesabla daşınmaz əmlakın qiymətinin 100 milyondan çox olduğunu deyib: "Daşınmaz əmlakın bazarda 50-60% artması tikinti şirkətlərindən asılıdır. Tikinti şirkətlərinin qiymətləri ilbəil artırması daşınmaz əmlaka öz təsirini göstərdi. On il bundan qabaq olan tikinti şirkətlərinin istehsal həcmi ilə indiki şirkətlərin istehsal həcminin arasında 7-8 dəfə fərq var. Yəni indiki dövrdə tikinti şirkətlərinin istehsal həcmi olduqca azalıb. Rəqabətin olmaması isə qiymətlərin hər il qalxmasına gətirib çıxarır".
Xeyrənsə Piriyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.