EN

Nazirlərin öldüyü təyyarə qəzasına görə matəm elan edildi

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qana hakimiyyəti iki nazir də daxil olmaqla 8 nəfərin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı üçgünlük matəm elan edib.

“Qafqazinfo” “Africanews”a istinadən xəbər verir ki, ölkə hökuməti qəzanı “milli faciə” adlandırıb və dövlət qurumlarında bütün bayraqların endiriləcəyi matəm elan edib.

Bundan əlavə, səlahiyyətlilər qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, hadisə avqustun 6-da Akrofuon şəhəri yaxınlığında baş verib. Təyyarədə müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd də daxil olmaqla 8 nəfər olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
9
qafqazinfo.az

10Sources