EN

Timoti Vea Marsel “Olimpik”ində!

ABŞ milli komandasının və “Yuventus”un yarımmüdafiəçisi Timoti Vea bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Marsel təmsilçisi 25 yaşlı oyunçunu satınalma şərti ilə cari mövsümün sonunadək icarəyə götürüb. Bir mövsümlük icarə üçün 1 milyon avro ödəyəcək “Olimpik”in futbolçunun transfer hüquqları üçün nə qədər xərcə düşəcəyi bilinmir.

Timoti Vea “Yuventus”a 2023-cü ilin yayında Fransanın “Lill” klubundan keçmişdi. 25 yaşlı sağ vingerin Turin klubu il 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var idi. İtaliya klubu bu transferə görə “Lill”ə 10,3 milyon avro təzminat ödəmişdi.

Vea daha öncə “Lill”də (107 oyun, 8 qol, 8 assist), PSJ-də (6 oyun, 2 qol) və “Seltik”də (17 oyun, 4 qol, 1 assist) də forma geyinib.

Yarımmüdafiəçi 2018-ci ildə debüt etdiyi ABŞ milli komandasında meydana çıxdığı 44 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Onu da qeyd edək ki, Timoti İtaliyanın “Milan” klubunun keçmiş futbolçusu, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğludur.

“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.

Chosen
23
arena.az

1Sources