EN

İrana Zəngəzur dəhlizi qadağası: Qarşısında ABŞ ordusu olacaq!


"Zəngəzur dəhlizinin açılmasını özünün "qırmızı xətti" elan edən Tehran rejimi, Nikol Paşinyana dəstək verirdi. İndi proseslər İranın əleyhinə işləyir".
Gender.Az xəbər verir ki, bu sözləri Musavat.com-a Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
"İran daim Azərbaycanı üçüncü ölkələri regiona gətirməkdə ittiham edirdi. Amma indi İranın özünə ən böyük düşmən hesab etdiyi Amerikanı qardaşı və müttəfiqi hesab etdiyi Ermənistan şimal qapısına gətirdi. ABŞ-ın Cənubi Qafqazda İranla sərhəddə yerləşməsi Ermənistanın İrandan uzaqlaşması demək olacaq.
Ermənistandan istifadə edərək Azərbaycana qarşı vəkalət müharibəsi aparıb. İndi, Ermənistan rəhbərliyi Rusiya və İranın əsas rəqibi olan ABŞ -la əməkdaşlığı inkişaf etdirir. Rusiya və İranın nəzarət etmək istədiyi "Zəngəzur" dəhlizini Vaşinqtonun nəzarətinə verir. Demək olar ki, İran regional layihələrdən kənarda qalacaq. ABŞ, İran yüklərinin Zəngəzur dəhlizindən- "Tramp körpüsü"ndən istifadəsinə imkan verməyəcək. Bununla da İranın pantürkist siyasəti öz əleyhinə işlədi. Eyni zamanda, İranın muhafizəkar dairələri növbəti nakautla üzləşdi. İran rejimi dostu Ermənistandan ağır "şapalaq" yedi.
Tehran elan edirdi ki, Zəngəzur dəhlizinə qarşı ordu yeridə bilər. Amma indi qarşısında ABŞ-ı görəcək".

Chosen
26
5
gender.az

6Sources