BAKI, 8 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi təmsilçisi Stiv Uitkoff Ukraynanı v Avropanı ölkələrini Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələri barədə məlumatlandıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Qeyd edək ki, bu məqsədlə S.Uitkoff xüsusi onlayn-brifinq keçirəcək.
Brifinqdə Vladimir Putinlə görüş barədə Ukrayna və Avropa ölkələrinin səlahiyyətlilərinə məlumat verəcək. Kiyevlə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Finlandiya rəsmiləri də onlayn görüşdə iştirak edəcəklər.