AZ

“Axios”: Uitkoff ABŞ-nin müttəfiqləri ilə Putinlə görüşünü müzakirə edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələri barədə məlumat vermək üçün cümə axşamı bir neçə ölkənin nümayəndəsi ilə telefon danışığı keçirməyi planlaşdırır.

Bakues.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak David “X” sosial şəbəkəsində məlumat verib.

“Xüsusi elçi Uitkoff cümə axşamı Ukrayna, Finlandiya, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya nümayəndələri ilə telefon danışığı keçirərək Putinlə görüşü barədə onlara məlumat verməyi və gələcək addımları, o cümlədən Putinlə ABŞ lideri Donald Tramp arasında görüşün mümkünlüyünü müzakirə etməyi planlaşdırır”, – paylaşımda deyilir.

Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovavqustun 7-si səhər saatlarında Moskva və Vaşinqtonun görüş üzərində işə başladığını bildirib. Ən yüksək səviyyədə ikitərəfli görüşün keçirilməsi barədə razılıq Amerika tərəfinin təklifi ilə əldə olunub. Amerika mediası Trampın artıq gələn həftə Putinlə görüşmək istədiyini yazıb.

Seçilən
20
4
icma.az

5Mənbələr