EN

AZAL təyyarəsinin vurulan blokları ABŞ-a ekspertizaya göndərildi -  YENİ DETALLAR

Ajans.az Müsavat.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev Astanada keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, AZAL-a məxsus Embraer-190 təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış bortundakı aviyonika modulu — təyyarənin idarəetmə və naviqasiya blokları — ABŞ-ın "Honeywell International" şirkətinə ekspertizaya göndərilib. Sözügedən şirkət həmin avadanlığın istehsalçısıdır.

“Modul və GPS sistemi ilə bağlı qərarların koordinasiyası üçün Braziliya, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunub”, – Bozumbayev bildirib.

Baş nazir müavini əlavə edib ki, mübahisəli aviasiya bloku ABŞ-ın Arizona ştatının Finiks şəhərinə göndərilib. Onun sözlərinə görə, hazırda üç altkomissiya üzrə sənədlərin təhlili aparılır və bütün ekspertiza mərhələləri başa çatdıqdan sonra yekun hesabatın hazırlanmasına başlanacaq. 

Chosen
31
4
Ajans.az

5Sources