EN

Premyer Liqaya qayıda bilər - “Yuventus”un yarımmüdafiəçisi

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Football Insider” yayıb.

27 yaşlı futbolçu ilə “Everton” yaxından maraqlanır. Potensial transferin məbləği 46 milyon avro olaraq qiymətləndirilir.

Braziliyalı oyunçu “Yuventus”a transfer olunmazdan əvvəl “Aston Villa”nın formasını geyinib və İngiltərədə kifayət qədər təcrübəyə malikdir.

O, son mövsümdə Turin təmsilçisinin heyətində 27 oyuna çıxsa da, heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Duqlas Luisin “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Chosen
48
1
sportinfo.az

10Sources