“Mançester Siti” “Fənərbaxça”nın qapıçı Edersonla bağlı təklifini rədd edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu braziliyalı futbolçu üçün 12 milyon avro təklif etsə də, “şəhərlilər”i bu şərtlər qane etməyib.
“Fənərbaxça” qolkiper uğrunda mübarizədə təslim olmur və danışıqlar davam edir.
Edersonla Türkiyənin digər klubu – “Qalatasaray” da maraqlanır.
32 yaşlı futbolçunun “Mançester Siti” ilə hazırkı müqaviləsi gələn ilin ortalarında başa çatacaq.