EN

Senator: Ermənistan və Azərbaycan arasında sülh razılaşması ABŞ-ın milli təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır

Ermənistan və Azərbaycan arasında sülh razılaşması ABŞ-ın milli təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns “77 WABC” radioya müsahibəsində bildirib.

Senator "Zəngəzur dəhlizi"nin geosiyasi əhəmiyyətini vurğulayıb: “Bu dəhliz vasitəsilə Mərkəzi Asiyanın beş ölkəsi Rusiya və Çin əvəzinə Avropa və Qərbə doğru daha çox istiqamət götürmək ərəfəsindədir. Bu, kritik və vacib bir məqamdır”.

Stiv Deyns may ayında Azərbaycana etdiyi səfəri xatırladıb: “Mən may ayında orada oldum, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm, sonra Ermənistana getdim və Baş nazir Nikol Paşinyanla görüşdüm. Onlar bu sülh müqaviləsini əldə etmək ərəfəsindədirlər". 

Amerikalı senator vurğulayıb ki, bu proses Rusiya və İranı narahat edir: “Bu, təkcə Birləşmiş Ştatlar üçün deyil, Qərb üçün də bəzi mühüm dividendlər qazandıra biləcək başqa bir “İbrahim Razılaşmaları”na bənzəyir. Təbii ki, Rusiya və İran bundan məmnun deyil”.

Chosen
44
5
missiya.az

7Sources