AZ

Senator: Ermənistan və Azərbaycan arasında sülh razılaşması ABŞ-ın milli təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır

BAKI, 8 avqust. TELEQRAF

ABŞ-ın milli təhlükəsizliyi üçün Ermənistan və Azərbaycan arasında sülh razılaşmasıkritik əhəmiyyət daşıyır.

Teleqraf xəbər verir ki,ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns “77 WABC”-yə açıqlamasında belə deyib.

O, "Zəngəzur dəhlizi"nin geosiyasi əhəmiyyətindən danışıb: “Bu dəhliz vasitəsilə Mərkəzi Asiyanın beş ölkəsi Rusiya və Çin əvəzinə Avropa və Qərbə doğru daha çox istiqamət götürmək ərəfəsindədir. Bu, kritik və vacib bir məqamdır”.

S.DeynsAzərbaycana bir neçə ay əvvəlki səfərini xatırladaraq deyib: “Mən mayda orada oldum, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm, sonra Ermənistana getdim və Baş nazir Nikol Paşinyanla görüşdüm. Onlar bu sülh müqaviləsini əldə etmək ərəfəsindədirlər".

Amerikalı senator qeyd edib ki, Rusiya və İran da prosesdə maraqlıdır: “Bu, təkcə Birləşmiş Ştatlar üçün deyil, Qərb üçün də bəzi mühüm dividendlər qazandıra biləcək başqa bir “İbrahim Razılaşmaları”na bənzəyir. Təbii ki, Rusiya və İran bundan məmnun deyil”.

Seçilən
14
5
teleqraf.com

7Mənbələr