EN

Parisdə İsrail aviaşirkətinin ofisi təhqir edildi

2025-ci il avqustun 7-də Parisdə İsrailin “El Al” aviaşirkətinin nümayəndəliyinin binası vandallar tərəfindən təhqir edilib. Onlar binanın fasadını qırmızı boyayla boyayıb və giriş hissəsinə “Azad Fələstin” və digər siyasi şüarlar yazıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hadisə Fransız hakimiyyəti tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Fransanın nəqliyyat naziri Patrik Tabaro baş verənləri qəbuledilməz adlandırıb:

“Respublikada nifrət və antisemitizmə yer yoxdur,” – deyə nazir bəyanatında vurğulayıb.

Oxşar mövqe ilə İsrailin Fransadakı səfiri Benyamin Zarka da çıxış edib. O bildirib ki, bu hücum “yalnız İsrail aviaşirkətinə deyil, birbaşa İsrail dövlətinə edilən hücumdur.”
 

Hadisə Fransada nifrət zəminində törədilən cinayətlərin ümumi artım fonunda baş verib. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında Qəzza sektorunda münaqişənin eskalasiyasından sonra irqçilik, ksenofobiya və dini zəmində aqressiya hallarının sabit artımı müşahidə olunur. Polisin bildirdiyinə əsasən, 2024-cü ildə bu tip cinayətlərin səviyyəsi əvvəlki illə müqayisədə 11% artıb.


Fransa hüquq-mühafizə orqanları “El Al” ofisinə hücumla bağlı istintaqa başlayıb. Hazırda hadisə yerindəki müşahidə kameralarının görüntüləri araşdırılır və hücum edənlərin radikal qruplarla mümkün əlaqələri yoxlanılır.

Bizim.Media

Chosen
108
17
bizim.media

6Sources