EN

Rusiya ilə Ukrayna hansı əraziləri mübadilə edəcək? - Sülh danışığının detalları

“ABŞ Prezidenti Donald Tramp müttəfiqləri ilə söhbətində etiraf edib ki, Rusiya Ukrayna münaqişəsinin həlli çərçivəsində Kiyevlə ərazi mübadiləsinə hazırdır“.

Azreform.info ” xəbər verir ki, belə bir iddia ilə “Bloomberg“ xəbər agentliyi çıxış edib. 

Agentliyin Trampın söhbətinin məzmunu ilə tanış olan mənbələri qeyd edib ki, o, Rusiya Prezidenti Vladimir Putinə ərazilərin mübadiləsini müzakirə etmək müqabilində sülh danışıqlarına başlamağa hazır olduğunu təklif edib.

Donald Tramp atəşkəs ehtimalına da müsbət reaksiya verib. Agentliyin yazdığına görə, söhbət Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun bir gün əvvəl Moskvaya səfərindən sonra baş tutub.

Belə ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin yeni bölgələrdən çıxarılması müqabilində işğal etdiyi Ukrayna ərazilərini tərk edə bilər.

Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepanın sözlərinə görə, Ukrayna ilə mübadilə nəzəri cəhətdən Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və Rusiyanın tərkibinə daxil olmayan Ukrayna ərazilərini əhatə edə bilər. 

Söhbət Sumı, Xarkov, Dnepropetrovsk və Nikolayev vilayətlərindəki ərazilərdən gedir. 

Çepa xatırladıb ki, rus qoşunları təhlükəsizliyi təmin etmək üçün bufer zonaları yaratmaq məqsədilə bu yerləri işğal edir. (Qafqazinfo)

Chosen
31
5
azreform.info

6Sources