EN

Netanyahu İsrailin Qəzza zolağına nəzarət etmək planı olmadığını deyib

İsrailin Qəzza zolağına nəzarət etmək planı yoxdur, hökumət bölgəyə nəzarəti ərəblərə vermək niyyətindədir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Biz orada rəhbər orqan olaraq olmaq istəmirik. Biz idarəni bizi təhdid etmədən, Qəzza xalqına yaxşı həyat təmin edərək onu düzgün idarə edəcək ərəb qüvvələrinə təhvil vermək istəyirik”, – Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, İsrailin bu məqsədə çatmasının yeganə yolu HƏMAS hərəkatını məhv etməkdir.

Qeyd edək ki, avqustun 4-də Ynet portalı İsrailin Qəzza zolağının tam işğalı üçün plan hazırlaması ilə bağlı məlumat yaymışdı.

Chosen
21
2
nocomment.az

3Sources