EN

Konfrans Liqası: "Sabah" səfərdə "Levski"yə məğlub olub

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Levski" (Bolqarıstan) ilə qarşılaşan "Sabah" məğlub olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Yeganə qol qarşılaşmanın 90+8-ci dəqiqəsinə təsadüf edib. Borislav Rupanov adını tabloya yazdırıb.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Əlincə stadionunda baş tutacaq. Cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

***00:01

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" (Bolqarıstan) - "Sabah" oyununda hesab açılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda ev sahibləri ilk qolu vurublar.

Borislav Rupanov 90+8-ci dəqiqədə fərqlənib.

***2025-08-07 - 23:06

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" (Bolqarıstan) - "Sabah" oyununda ikinci hissə başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda hesab açılmayıb.

Görüşü xorvatiyalı referi Duye Strukan idarə edir.

***

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" (Bolqarıstan) - "Sabah" oyununda ilk hissə başa çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda hesab açılmayıb.

Görüşü xorvatiyalı referi Duye Strukan idarə edir.

***22:08

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" (Bolqarıstan) - "Sabah" matçı start götürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qarşılaşma Georgi Asparuxov adına stadionda keçirilir.

Görüşü xorvatiyalı referi Duye Strukan idarə edir.

Chosen
27
2
far.az

3Sources