AZ

"Sabah" səfərdə "Levski"yə məğlub oldu -

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Levski" (Bolqarıstan) ilə qarşılaşan "Sabah" məğlub olub. Metbuat.az xəbər verir ki, Georgi Asparuxov adına stadionda keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.Yeganə qol qarşılaşmanın 90+8-ci dəqiqəsinə təsadüf edib. Borislav Rupanov adını tabloya yazdırıb.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Əlincə stadionunda baş tutacaq. Cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Seçilən
21
2
metbuat.az

3Mənbələr