Bakı, 8 avqust, AZƏRTAC
Türkiyənin UEFA Konfrans Liqasındakı təmsilçiləri "Beşiktaş" və "Başakşəhər" III təsnifat mərhələsində ilk oyunlarını keçiriblər.
AZƏRTAC xəbər verir ki, hər iki komanda səfər matçına çıxıb.
"Beşiktaş" İrlandiyada "Sent-Patriks"ə 4:1, "Başakşəhər" isə Norveçdə "Vikinq"ə 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 14-də keçiriləcək.