EN

Makron səfiri niyə geri çağırır?

Cəmi iki il əvvəl Azərbaycana səfir təyin olunmuş Ann Buayon geri çağırılıb. Xatırladaq ki, Fransa səfirinin Şuşaya getməsi separatçıların haray-həşir qoparmasına səbəb olub. Hətta ləğv edilmiş qondarma “artsax”ın Fransadakı “daimi nümayəndəsi” Hovanes Gevorgyan hətta Prezident Emmanuel Makrona qəzəblə dolu məktub göndərib. Məsələnin məğzinə gələk.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon iyun ayında Qarabağda olub. Fransa səfiri yeganə diplomat idi ki, azad olunmuş ərazilərə səfər etmirdi. O vaxt belə bir məlumat vardı ki, Ann Buayon Qarabağa diplomatik korpusun səfərinə çağırılmayıbmış. Çünki o vaxtadək Fransanın yüksək vəzifəli şəxsləri erməni havasına oynayır, Azərbaycana qarşı mənfi fikirlər yayırdılar. Bu mənada Fransa səfiri Ann Buayon çağırılmasa da, səfərə öz təşəbbüsü ilə qoşulubmuş. Onun Şuşadan verdiyi açıqlamalar da maraqla qarşılanmışdı. Xanım səfirin “Şuşa Azərbaycan mədəniyyətini başa düşməyə, anlamağa imkan verən bir şəhərdir” sözləri Qarabağın tarixi Azərbaycan torpağı olmasının növbəti təsdiqi kimi qəbul edilmişdi. Diplomatın bu sözləri İrəvanda və Parisdə kök salmış daşnakların qulaqlarında bomba kimi partlamışdı. Daşnakların əqidəsincə, belə bir rəsmi şəxsə məsul vəzifə tutmaq olmaz.

Səfirin “səlahiyyət müddətinin başa çatması səbəbi ilə” geri çağırılması Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən cızma-qara edilmiş yeni qətnamə layihəsi ilə eyni vaxta təsadüf edir. Qətnamə layihəsində rəsmi Parisə və Avropa İttifaqına Azərbaycan üzərinə təzyiqi artırmağa çağırış edilir. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də onun müavini Aleksandr Martendir.

Qətnamə layihəsində qeyd olunur ki, Fransa - Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi - regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir. Bu kontekstdə demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanır. Qətnamə layihəsində Azərbaycan tərəfindən saxlanılan “erməni hərbi əsirlərin” və digər şəxslərin dərhal azad olunması tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir. Bir sözlə, bu ziyanverici həşəratlar özlərini yerin-göyün sahibi kimi aparırlar. Sanki hamının firənglərə və ermənilərə borcu  var. Sənəddə Azərbaycan dövləti ilə bağlı əsassız iftira da irəli sürülüb. Burada deyiblər ki, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.”

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurub. Azərbaycanın bu prosesdə prinsipial və ədalətli mövqe tutması müstəmləkəçiliyə rəvac verən Fransa rəhbərliyini qıcıqlandıran əsas faktorlardan biridir. Ada dövlətlərinin nümayəndələrinin Bakı görüşü Makronu özündən çıxarıb. Məhz həmin görüşdən sonra ada dövlətləri Azərbaycanın köməyi ilə öz haqlarını əldə etmək üçün müstəmləkə zülmünə qarşı ayağa qalxıblar. Beləliklə, məzlum xalqlardan qarət etdiyi yüz milyonlarla dollar pul fransız çapovulçularının əllərindən çıxır. Xalqların qanını içən Makron iqtidarını yandırıb-yaxan da budur. Ancaq bu yanğın elə-belə qurtarmayacaq, zülmkar imperiyanın külü göyə sovrulana qədər davam edəcək.

Vəli İlyasov, “İki sahil”

Chosen
17
ikisahil.az

1Sources