EN

Donald Tramp FED üçün namizədi açıqladı

Bakı. Trend

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminə (FED)namizəd olaraq Stefan Miranın adını açıqlayıb.

Trend-inməlumatına görə, Stefan Miran bu vəzifəni 2026-cı il yanvarın31-dək icra edəcək. O, bundan əvvəl Ağ Evin İqtisadi MəsləhətçilərŞurasının sədri vəzifəsində çalışıb.

Miranın FED üzvü kimi fəaliyyətə başlaması üçün ABŞ Senatınıntəsdiqi tələb olunur.

Qeyd edək ki, FED yeni təyinatla bağlı hər hansı şərh verməkdənimtina edib. Hazırda qurumun rəhbəri vəzifəsini Cerom Pauvel icraedir.

Chosen
13
az.trend.az

1Sources