İsrailin paytaxtı Tel-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir.
"Ölkə.az" xəbər verir, polis etirazçılara qarşı su şırnaqlarından istifadə edir. Həmçinin 5 nəfərin saxlanıldığı vurğulanır.
Paytaxtdakı Ayalon şossesinin cənuba gedən zolaqlarını bağlayan etirazçılar hökumətdən müharibəni dayandırmağı və Qəzzada saxlanılan girovları azad etmək üçün razılığa gəlməyi tələb edirlər.