AZ

Tel-Əvivdə İsrail hökumətinə qarşı etiraz aksiyası keçirilir

İsrailin paytaxtı Tel-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir.

"Report" bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, polis etirazçılara qarşı su şırnaqlarından istifadə edir. Həmçinin 5 nəfərin saxlanıldığı vurğulanır.

Paytaxtdakı Ayalon şossesinin cənuba gedən zolaqlarını bağlayan etirazçılar hökumətdən müharibəni dayandırmağı və Qəzzada saxlanılan girovları azad etmək üçün razılığa gəlməyi tələb edirlər.

Seçilən
14
6
report.az

7Mənbələr