EN

“Yaşıl və rəqəmsal İpək yolu” təlimi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı ABŞ-ın Nevada Universiteti ilə birgə həyata keçirdiyi “Yaşıl və rəqəmsal İpək yolu” beynəlxalq proqramı çərçivəsində onlayn təlimlərə start verib.

Təlimlərin ilk günündə mərkəzin icraçı direktoru Vüsal Qasımlı “yaşıl” və rəqəmsal texnologiyaların iqtisadi inkişafa əhəmiyyətindən danışaraq bu sahədə artan investisiya imkanlarını vurğulayıb. O, eyni zamanda, innovatorlar üçün dəstəkləyici yanaşmaların önəmini diqqətə çatdıraraq bu istiqamətdə keçirilən onlayn təlimlərdən böyük gözləntiləri olduğunu bildirib. “Yaşıl iqtisadiyyat və təsirli startap təlimi” mövzusunda ilk təlimi Maltada fəaliyyət göstərən “A8” Sürətləndirmə Mərkəzinin layihə rəhbəri Qonca Kara aparıb.

Qeyd edilən proqrama ABŞ, Türkiyə, Çin, Pakistan, Qazaxıstan, Rusiya, Estoniya və Özbəkistandan 20-dən artıq beynəlxalq qurum, eyni zamanda, respublikamızın 30-a yaxın yerli təşkilatı tərəfdaşlıq edir. Layihənin məqsədi “yaşıl” enerji və rəqəmsallaşma sahələrində fəaliyyət göstərən startapları bir araya gətirmək və bu istiqamətlərdə innovativ ideyaların inkişafını dəstəkləməkdir.

 

Chosen
13
xalqqazeti.az

1Sources