ABŞ-da Venesuela prezidenti Nikolas Maduronun həbsinə kömək edəcək məlumatlara görə 50 milyon dollar mükafat elan edilib.
APA xəbər verir ki, bu haqda ABŞ-ın baş prokuroru Pam Bondi “X” hesabında məlumat verib.
"Bu gün ABŞ Ədliyyə Departamenti və Dövlət Departamenti Nikolas Maduronun həbsinə kömək edəcək məlumatlara görə görünməmiş 50 milyon dollar mükafat elan edir", - Bondi bildirib.