EN

Tramp administrasiyası FED rəhbəri postuna Kristofer Uolleri nəzərdən keçirir

Cerom Pauellin əvəzlənməsi gündəmdədir və Tramp faiz siyasətindən narazıdır...

ABŞ prezidenti Donald Trampın tənqid etdiyi Federal Ehtiyat Sisteminin (FED) hazırkı sədri Cerom Pauellin yerinə Kristofer Uollerin gətirilməsi nəzərdən keçirilir.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg agentliyi məsələyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, FED-in İdarə Heyətinin üzvü olan Kristofer Uoller artıq Trampın komanda üzvləri ilə görüş keçirib və onlarda müsbət təəssürat yaradıb. Lakin hələlik Donald Trampın özü ilə görüşməyib.

Agentlik bildirir ki, Trampın Pauellə qarşı narazılığı Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsini aşağı salmaqdan imtina etməsi ilə bağlıdır. İyul ayında FED ardıcıl beşinci dəfə olaraq faiz dərəcəsini 4,25–4,5% səviyyəsində saxlayıb. Kristofer Uoller isə bu qərarın əleyhinə səs verib və dərəcənin endirilməsini dəstəkləyib.

Bloomberg qeyd edir ki, FED rəhbərliyinə digər mümkün namizədlər arasında Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett və keçmiş FED rəsmisi Kevin Uorş da var. Donald Tramp isə daha əvvəl bildirmişdi ki, namizədlər siyahısında cəmi üç nəfər qalıb.

Yeni sədrin təyinatı, ABŞ-ın pul-kredit siyasətinə ciddi təsir göstərə bilər. Trampın FED-ə təsiri və mümkün faiz endirimi isə bazar iştirakçıları tərəfindən diqqətlə izlənilir.

Poliqon.info

Chosen
6
poliqon.info

1Sources