Amerikalı müğənni Cennifer Lopez İstanbulda alış-veriş mərkəzindəki lüks mağazaya daxil ola bilməyib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Lopezin daxil olmaq istədiyi mağazada müştəri sayı pandemiya qaydaları çərçivəsində məhdud olduğundan, mühafizəçi onu içəri buraxmayıb.
Vəziyyət sonradan aydınlaşsa da, sənətçi özü mağazaya daxil olmaqdan imtina edib.
Hadisə ictimaiyyətin diqqətini çəkib və mühafizəçi ilə bağlı hər hansı tədbirin görülüb-görülməyəcəyi maraq doğurub. Mağaza rəhbərliyi açıqlama yayaraq bildirib ki, əməkdaş prosedura uyğun davrandığı üçün ona qarşı heç bir cəza nəzərdə tutulmayıb. (Publika.az)
Bizim.Media