EN

Ağ Ev Əliyev və Paşinyanla ikitərəfli və üçtərəfli görüşlərin proqramını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda görüşəcək, ardından isə üçtərəfli imzalanma mərasimi keçiriləcək. Bu barədə jurnalist Ələkbər Raufoğlu öz sosial şəbəkə hesabında yazıb. 

Ağ Evin açıqladığı cədvələ görə, Tramp saat 14:30-da Paşinyanı qarşılayacaq, 14:35-də ikitərəfli görüş, 15:05-də isə imzalanma mərasimi keçiriləcək.

Saat 15:10-da Əliyevlə salamlaşma mərasimi, 15:15-də ikitərəfli görüş, 15:45-də isə imzalanma mərasimi nəzərdə tutulub.

Günün yekununda, saat 16:15-də Ağ Evdə hər iki liderin iştirakı ilə üçtərəfli imzalanma mərasimi baş tutacaq.

N.Təbrizli
 

Chosen
66
4
anews.az

10Sources