Bunu Demokrat.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, ABŞ–Azərbaycan münasibətlərində son günlərdə diqqətçəkən mühüm hadisələrdən biri ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin ABŞ-nin yeni administrasiyası ilə bağlı müsbət fikirlərinin və sülhə dair çıxışını öz rəsmi sosial şəbəkə platformasında paylaşması olmuşdu:
“Bu addım Tramp Administrasiyasının Azərbaycan Prezidentinə olan hörmətinin və isti münasibətinin bariz nümunəsi idi. Tramp Administrasiyası bir neçə dəfə Cənubi Qafqaz regionunda sülhə və ədalətli mövqeyə dəstək olduğunu dilə gətirib. Prezident İlham Əliyev öz növbəsində cənab Trampa açıq şəkildə təşəkkürünü bildirərək bu dəstəyi yüksək qiymətləndirdiyini bəyan etdi. Bu, iki ölkə arasında səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin göstəricisi idi”.
Millət vəkili bildirib ki, bu səfərlə ABŞ–Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, proqnozlaşdırmaq olar ki, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirən bir neçə sənəd də imzalana bilər:
“Səfərin digər məqsədi Azərbaycan–Ermənistan sülh gündəliyinin müzakirəsi olacağı gözlənilir. Bundan öncə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında, heç bir vasitəçi olmadan, Əbu-Dabi şəhərində görüş keçirilmiş və regionda de-fakto mövcud olan sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində yeni bir addım atılmışdı”.
Pərvanə Vəliyeva qeyd edib ki, sözügedən sülh müqaviləsinin mətni tərəflər arasında razılaşdırılsa da, Azərbaycanın haqlı iki tələbi həll edilməmiş qalırdı:
“Fəaliyyətsiz və artıq mövcud olmayan münaqişənin “qalığı” olan ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycan Respublikasının legitim ərazilərinə dair iddiaların aradan qaldırılması Azərbaycanın tələbləridir.
Proqnozlaşdırmaq olar ki, dövlətimizin bu tələbləri də Ermənistan tərəfindən qəbul edilib. Beynəlxalq medianın da verdiyi siqnallar artıq Minsk Qrupunun “dəfninə” az qaldığını göstərir. Ermənistan rəsmiləri də Konstitusiyaya dəyişikliyə gediləcəyi mesajlarını verirlər. Çünki bu tələblər və Zəngəzur dəhlizinin açılması olmadan iki ölkə arasında sülh müqaviləsinin bağlanması real görünmür.
Prezidentimiz dəfələrlə bəyan edib ki, biz sülhü Paşinyanla deyil, Ermənistan xalqı ilə imzalamaq istəyirik. Deməli, erməni xalqı Konstitusiya dəyişikliklərinə “hə” deməli, Azərbaycanın haqlı narahatçılığını qəbul etməlidir.
Qələbəni, sülh gündəliyini, sülh müqaviləsinin şərtlərini, Zəngəzur dəhlizinin fəaliyyətini diqtə edən və reallaşdıran Prezident İlham Əliyevdir. Xarici mediada dəhlizin ABŞ tərəfindən istismar ediləcəyi və ya ABŞ-nin qarantiyası ilə işə düşəcəyi qeyd olunur. Hər halda, ABŞ Prezidenti Donald Tramp belə bir görüşə ev sahibliyi edirsə, deməli, deyilənlərdə həqiqət payı var”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Sources
-
news24.azƏrdoğan: Bu razılaşma tarixi addım oldu ( 20245365)
-
azpolitika.infoMirzoyan iranlı həmkarı ilə Vaşinqtondakı danışıqların nəticələrini müzakirə edib ( 20244468)
-
poliqon.infoErmənistan və İran XİN başçıları Vaşinqtondakı danışıqların nəticələrini müzakirə edib ( 20244405)
-
icma.azGürcüstan və Ermənistan baş nazirləri regiondakı sülh imkanlarını müzakirə ediblər ( 20244060)
-
poliqon.infoGürcüstan və Ermənistan baş nazirləri regiondakı sülh imkanlarını müzakirə ediblər ( 20243778)
-
aia.azAzərbaycanın yanında olacağıq - ƏRDOĞAN ( 20243703)
-
operativmm.az“Bu, Cənubi Qafqazda sabitliyə gedən yolda tarixi addımdır” - Ərdoğan ( 20243643)
-
referans.azBu, bütün region ölkələrinin xeyrinə olacaq - Ərdoğan Vaşinqton razılaşmasından danışdı ( 20243553)
-
far.azDonald Tramp Qafqaza sülh gətirir ( 20243544)
-
Ajans.azGürcüstan və Ermənistan baş nazirləri TELEFONLA DANIŞDI ( 20243541)