"Qarabağ" avqustun 12-də "Şkendiya" ilə Bakıda cavab matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça artıq 14 min 500 bilet satılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Görüşün biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu saat 20:00-da start götürəcək.