Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.
"Football-plus.az" xəbər verir ki, bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 14500 bilet satılıb.
Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır. Bu biletləri əldə edən azarkeşlər VIP Lounge üstünlüklərindən yararlana biləcəklər.
Satış məntəqələri
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Cavab oyunu avqustun 12-i Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlanacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta