EN

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

Bakıda "Qarabağ" ilə Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa 14 500 bilet satılıb.

Bu barədə 90deqiqe.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə "köhlən atlar" rəqibi bir cavabsız qolla üstələyib.

Chosen
51
20
90deqiqe.az

10Sources