EN

ABŞ-də helikopter qəzaya uğrayıb: Ölənlər var

ABŞ-də bir helikopterin çaydakı bərənin üzərinə düşməsi nəticəsində 2 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı açıqlama verib.

Bildirilib ki, İllinoys ştatının East Alton şəhəri yaxınlığında, Missisipi çayında “MD 369” tipli helikopter elektrik xətlərinə çırpılıb, daha sonra bərənin üzərinə düşüb.

Hadisə zamanı helikopterdə olan 2 nəfərin öldüyü, çayda hərəkətin dayandırıldığı qeyd olunub.Qəzanın sonra yaranan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Hadisə ilə bağlı araşdırma başladılıb.

Chosen
37
cebheinfo.az

1Sources