EN

Siyəzəndə üç nəfər zəhərləndi - Son vəziyyətləri AÇIQLANDI

yəzənda zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, avqustun 6-si zəhərlənmə şübhəsilə dörd nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"1965 (kişi cinsli), 1985 (qadın cinsli), 1988 (qadın cinsli) və 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxslərə digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin olunub və hər birinə zəruri ilkin tibbi yardım göstərilib.

Üç nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

1965-ci il təvəllüdlü şəxs dəqiqləşdirilməmiş qeyri-infeksion mənşəli kəskin qastroenterit diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə təxliyə olunub. Zəruri tibbi xidmətlər göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.

Chosen
2
1
hit.az

2Sources