Xəbər verdiyimiz kimi, Siyəzəndə kütləvi zəhərlənmə olub.
Belə ki, 1985-ci il təvəllüdlü Rita Hüseyxan qızı Usubova, qonaqları - 1988-ci il təvəllüdlü Günel Əlipaşa qızı Qafarova və onun qızı, 2013-cü il təvəllüdlü Sümayə olduqları evdə qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənən şəxslərin son vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilir:
“06.08.2025-ci il tarixində zəhərlənmə şübhəsilə 4 nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1965 (kişi cinsli), 1985 (qadın cinsli), 1988 (qadın cinsli) və 2013-cü il təvəllüdlü (qadın cinsli) şəxslərə digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin olunub və hər birinə zəruri illkin tibbi yardm göstərilib.
3 nəfərin vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.1965-ci il təvəllüdlü şəxs dəqiqləşdirilməmiş qeyri-infeksion mənşəli kəskin qastroenterit diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
Zəruri tibbi xidmətlər göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb”.