EN

Türkiyədə donuz ətindən istifadə edən müəssisələr barədə məlumat əldə oluna bilər

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Bu yenilik sayəsində vətəndaşlar donuz əti və digər qadağan olunmuş inqrediyentlərdən istifadə etdiyi müəyyən olunan müəssisələr haqqında birbaşa məlumat ala biləcək. Sistem istehlakçılara saxta və ya tərkibi dəyişdirilmiş məhsulları marka, partiya nömrəsi və istehsalçı məlumatı ilə birlikdə görmək imkanı yaradır. Əvvəllər yalnız Nazirliyin rəsmi internet saytında yayımlanan bu məlumatlar indi daha əlçatan formada təqdim olunur. Keçmişdə laboratoriya analizlərində donuz əti, at əti və ya quş əti aşkar edilən məhsullar cəmiyyətdə geniş müzakirələrə səbəb olurdu. Yeni bildiriş xidməti isə belə hallarda məlumatların mərkəzləşdirilmiş, sürətli və şəffaf şəkildə paylaşılmasını təmin edəcək. Vətəndaşlar aldıqları məhsulların partiya nömrəsini daxil etməklə axtarış aparacaq, həmçinin əvvəlki yoxlama nəticələrinə də arxivdən çıxış əldə edə biləcəklər. Sistem istehlakçıların riskli məhsullar barədə vaxtında xəbərdar olmasına və təhlükəsiz qida seçiminə şərait yaradacaq.  

 

Chosen
13
Ajans.az

1Sources