EN

Metroda doğulan uşağa bu ad veriləcək - FOTO

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.

Milli.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi deyib.

O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: "Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik".

Bildirilib ki, bu, ananın 2-ci hamiləliyi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
40
15
milli.az

10Sources