EN

Binəqədidə binanın zirzəmisi su ilə dolubVideo

Bakının Binəqədi rayonu, Üzeyir Hacıbəyov 2/10   ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisi çirkab su ilə dolub, üfunət iyi ətrafı bürüyüb. 

Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, son 3 ildir kanalizasiya turbalarının tutulması nəticəsində  çirkab suları binanın zirzəmisinə axıdılır. Onların sözlərinə görə pis iydən və nəmişlikdən evdə oturmaq olmur. Hələ azmış kimi, bina ağcaqanadların da yuvasına çevrilib.Sakinlər həmçinin onu da qeyd ediblər ki, aidiyyəti qurumlar bir neçə dəfə gəlib suyu çəkib gediblər. Lakin, problem kökündən həll olunmayıb. 

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

Daha ətraflı videomaterial “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.

Chosen
97
11
xezerxeber.az

10Sources