AZ

Əhmədli qəsəbəsində binanın liftinin işləməməsi sakinləri çətin vəziyyətə salıbVİDEO

Xətai rayonu, Əhmədli qəsəbəsindəki binanın sakinləri artıq bir aya yaxındır ki, lift üzünə həsrətdir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xudu Məmmədov küçəsində yerləşən doqquzmətəbəli binadan gedir. Lift işləmir, isti havada yuxarı mərtəbələrə çıxmaq əsl əzaba çevrilib. Xüsusilə yaşlılar və körpəsi olan ailələr vəziyyətdən şikayətçidirlər. Deyirlər, dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, səs-soraq yoxdur.

Sakinlərin sözlərinə görə, lift hələ 4 il əvvəl yenilənib. İndi isə əsas elektronik hissəsi - plata yanıb. Amma təmir işi bu dəfə gecikib. Onlar deyirlər ki, Bakı Şəhər Lift Təmir İstehsalat Birliyinə müraciət etsələr də, konkret cavab ala bilməyiblər.

Məsələ ilə bağlı Bakı Şəhər Lift Təmir İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, liftə bina sakinlərindən birinin kənar müdaxiləsi nəticəsində əsas elektron plata sıradan çıxıb. Yeni plata artıq sifariş edilib, lazımi detallar alınıb. Bildirildi ki, bu gün təmir işi başa çatacaq və lift yenidən istifadəyə veriləcək. Sakinlər isə gözləyir. Ümid edirlər ki, bu dəfə verilən söz yerinə yetiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



 

 

Seçilən
14
xezerxeber.az

1Mənbələr