Misli Premyer Liqasının debütantı "İmişli" heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Tuncay Yusiflini transfer edib. Onunla 2 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

T. Yusiflinin son klubu "Sabah"ın əvəzedicilər komandası olub.