EN

PSJ 40 milyona qapıçı aldı

PSJ-nin yeni qapıçısı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu barədə şəxsi “X” hesabında məlumat yayıb. Onun sözlərinə görə, Paris təmsilçisi “Lill” klubunun gənc qolkiperi Lyuka Şevalyeni transfer etməyə hazırlaşır.

Məlumata görə, 23 yaşlı qapıçı üçün PSJ 40 milyon avro ödəyəcək.

Şevalye tibbi müayinədən keçdikdən sonra klubla 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, qolkiper ötən mövsüm Liqa 1-də 34, Çempionlar Liqasında isə 10 oyunda meydana çıxıb.

Chosen
22
idmanxeber.az

1Sources