EN

Ukrayna kəşfiyyatı Krımda işğalçıların daha bir “S-500” RLS-ni məhv etdi... - FOTO

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Kabuslar” bölməsindən olan xüsusi təyinatlıları Krımda işğalçıların nadir  radar stansiyasını – "98L6 “Yenisey”i uğurla məhv ediblər.

Hafta.az “TSN”ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bu bahalı və qiymətli RLS Rusiyanın "S-500" -“Prometey” zenit-raket kompleksinin bir hissəsidir və "S-400"- “Triumf” sistemi ilə tandemdə fəaliyyət göstərə bilir. "Yenisey"in məhv edilməsi bölgədəki işğalçı qüvvələrin hava hücumundan müdafiəsinə ciddi zərbədir.

Xatırladaq ki, Ukraynanın hücum pilotsuz təyyarələri müvəqqəti işğal olunmuş Krımda bir desant gəmisini və bir neçə RLS-ni məhv edib. Düşmən hədəflərinə zərbəni Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Kabuslar” xüsusi təyinatlı dəstəsi həyata keçirib.

Chosen
109
8
hafta.az

6Sources