Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-da təhsil alacaq.
Referans “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.
Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:
– Kaliforniya Universiteti, Berkeley (University of California, Berkeley) – 16 nəfər
– Kolumbiya Universiteti (Columbia University) – 14 nəfər
– Con Hopkins Universiteti (Johns Hopkins University) – 8 nəfər
– Stanford Universiteti (Stanford University) – 4 nəfər
– Çikaqo Universiteti (University of Chicago) – 4 nəfər
– Karnegi Mellon Universiteti (Carnegie Mellon University) – 4 nəfər
– Yale Universiteti (Yale University) – 4 nəfər
– Micigan Universiteti – Enn Arbor (University of Michigan-Ann Arbor) – 3 nəfər
– Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology – MIT) – 2 nəfər
– Kaliforniya Universiteti – Los Anceles (University of California, Los Angeles – UCLA) – 2 nəfər
– Manhattan Musiqi Məktəbi (Manhattan School of Music) – 2 nəfər
– Pensilvaniya Universiteti (University of Pennsylvania) – 2 nəfər
– Harvard Universiteti (Harvard University) – 1 nəfər
– Duke Universiteti (Duke University) – 1 nəfər
Dövlət Proqramı çərçivəsində əvvəlki illərdə ABŞ-da təhsil alanların sayı belə olub:
– 2022-2023 – 26 nəfər
– 2023-2024 – 51 nəfər
– 2024-2025 – 109 nəfər
Qeyd edək ki, 2022-2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dəki universitetlərə qəbul olub.//Globalinfo.az