Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 18720 manat məbləğində ziyan dəydiyimüəyyən edilib.
Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.