EN

Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır

Çin İsrailin Qəzza sektoruna nəzarəti ələ keçirmək planları ilə bağlı "ciddi narahatlıq" ifadə edir və onu "təhlükəli hərəkətlərini dərhal dayandırmağa" çağırır.

"Report"un The Times of Israel-ə istinadən məlumatına görə, bu barədə ÇXR XİN-də bildiriblər.

"Qəzza Fələstin xalqına məxsusdur və onun ərazisinin ayrılmaz hissəsidir. Qəzza sektorunda humanitar böhranı yüngülləşdirməyin və girovların azad edilməsinə nail olmağın yeganə yolu dərhal atəşkəsdir", - XİN-də bildiriblər.

ÇXR həmçinin "beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək sektorda döyüş əməliyyatlarına mümkün qədər tez son qoymağa" hazır olduğunu ifadə edib.

Chosen
21
50
yeniazerbaycan.com

10Sources