EN

Ötən gecə SOCAR-ın Odessadakı neft bazasına hücum edib, 4 nəfər yaralanıb

Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmək üçün “Shahed” pilotsuz təyyarələrindən istifadə edib.

APA-nın xəbərinə görə, bu barədə RBC-Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hücuml yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.

Mənbələrin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.


Chosen
30
20
apa.az

10Sources