EN

Putin və Modi Ukrayna böhranının həlli yollarını müzakirə ediblər

Avqustun 8-də Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, danışıq zamanı Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla avqustun 6-da Moskvada keçirilən danışıqların əsas nəticələri barədə hindistanlı həmkarına məlumat verib.

Narendra Modi verilən məlumat üçün minnətdarlığını ifadə edərək, Hindistanın Ukrayna ətrafında yaranmış vəziyyətin siyasi-diplomatik yollarla həllinə dəstəyinin dəyişməz qaldığını vurğulayıb. Baş nazir bildirib ki, rəsmi Yeni Dehli münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

//Samir Qurbanov, Editor.az

Chosen
33
25
editor.az

10Sources