EN

Ağ Evdə keçiriləcək tarixi görüşə son hazırlıqlar gedir

Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşünə saatlar qalır.

“Report”un ABŞ bürosu xəbər verir ki, Ağ Ev ətrafında yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilib.

ABŞ Prezidenti Donald Tramp ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanla Oval Ofisdə ikitərəfli görüş keçirəcək. Daha sonra Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi nəzərdə tutulub.

Bundan sonra Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə Oval Ofisdə ikitərəfli görüş keçirəcək. Görüşün sonunda Tramp və İlham Əliyev arasında da sənəd imzalanması planlaşdırılır.

İkitərəfli görüşlərdən sonra Tramp, İlham Əliyev və Paşinyan arasında üçtərəfli imzalanma mərasimi baş tutacaq.

Dövlət Departamentinin cədvəlinə əsasən, dövlət katibi Marko Rubio həm üçtərəfli görüşə, həm də imzalanma mərasiminə qatılacaq.

Görüşün sonunda jurnalistlər üçün Oval Ofisdə mətbuat konfransı keçirilməsi nəzərdə tutulub.

"Cebheinfo.az" 

 

Chosen
9
24
cebheinfo.az

10Sources