EN

Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişəcək

  Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilib.

Referans xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları “QSC məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 9 avqustdan etibarən şənbə və bazar günlərində qatarların Abşeron dairəvi marşrutu üzrə hərəkət cədvəli aşağıdakı kimi təyin edilir:

Bakı–Xırdalan–Sumqayıt:
saat 08:55, 09:15, 17:20, 18:20, 18:55, 19:45, 20:30.

Sumqayıt-Xırdalan-Bakı:
Saat 07:45, 08:00, 09:00, 09:40, 18:02, 18:45, 19:30.

 
Bakı-Pirşağı-Sumqayıt:
Saat 07:00, 08:00, 08:45, 09:10, 09:50, 10:50, 11:50, 16:50, 17:40, 18:25, 19:00, 19:25, 20:20, 21:00, 22:00, 23:00.

Sumqayıt-Pirşağı-Bakı:
Saat 06:45, 07:25, 08:00, 08:45, 09:52, 10:20, 11:00, 11:30, 12:05, 17:00, 18:20, 19:20, 19:55, 20:20, 21:00, 22:00.

Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.  

Chosen
65
49
referans.az

10Sources