EN

İllərlə vəhşi heyvanları ÖLDÜRƏN milyonçunu ov zamanı Kafr buğası ÖLDÜRDÜ


Amerikalı milyonçu və ovçu Aşer Uotkins Cənubi Afrikada safari zamanı həlak olub: Kafr buğası ovu zamanı heyvan gözlənilmədən 52 yaşlı kişiyə hücum edərək ona ağır buynuzları ilə ölümcül zərbə endirib.

Qaynarinfo xəbər verir ki, facənin baş verdiyi ov turu milyonçuta bir neçə min avroya başa gəlib. Uotkins daimi ov edib və öldürdüyü heyvanlarla foto çəkdirməyi sevib. Onun "Facebook" səhifəsində silahla heyvanların üstündə poz verdiyi onlarla fotoşəkil var. Fotoşəkillərdən birində o, hətta öldürülmüş pumu tutur - bəzi regionlarda bu növ nəsli kəsilmək təhlükəsindədir.
 
Limpopo əyalətində Uotkins peşəkar ovçu ilə birlikdə Kafr buğası ovlamaq istəyib. Cənubi Afrikada bu heyvanlara "Qara Ölüm" deyilir: onların çəkisi 1,5 tona qədər çatır və olduqca aqressiv davranışa malikdirlər. Savannada onların tək təbii düşmənləri şirlər və insanlardır. Safari təşkilatçısının məlumatına görə, Kafr buğası hər il bir neçə ovçunun ölümünə səbəb olur və Afrikanın ən təhlükəli heyvanı hesab olunur.
KİV-lərin məlumatına görə, belə bir buğa Uotkinsin üzərinə saatda 50 km sürətlə qaçıb və onu buynuzları ilə ölümünə zərbə vurub. Ovda Uotkinsin yanında onun anası, qardaşı və ögey atası da olub.b

Chosen
9
nuh.az

1Sources