Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin iki ölkə liderlərinin iştirakı ilə Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti imzaladıqlarını bildirib.
“Report” xəbər verir ki, bu barədə o, Vaşinqtonda erməni jurnalistlərə açıqlamasında məlumat verib.
“Xarici işlər nazirləri bizim iştirakımızla ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə ünvanlanmış birgə bəyanatı imzaladılar”, - Paşinyan deyib.