EN

Ədliyyə naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

Ədliyyə naziri Fərid Əhmədov avqustun 8-də Ağsuda vətəndaşların müraciətlərini dinləyib.

Qəbulda Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Kürdəmir rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

 

Chosen
34
6
xalqqazeti.az

10Sources